Bakıda sərnişin avtobusu qəza törədib. 

"Unikal" xəbər verir ki, hadisə 6-cı mikrorayon ərazisində baş verib. Qəza nəticəsində ərazidəki müşahidə kameralarının yerləşdiyi dirək zədələnib.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, yol-nəqliyyat hadisəsi Vətən şirkətinin istismarında olan 26 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TF 897 DQN-lı avtobusun iştirakı ilə baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb.