Yaponiyanın Toyota Motor şirkəti Land Cruiser 70 yolsuzluq avtomobili üçün sifarişlərin qəbulunu dayandırıb.

"Unikal" xəbər verir ki, bu barədə Car Expertdə xəbər məlumat yer alıb verir.

Şirkətin sifariş qəbulunu dayandırmasının əsas səbəbi avtomobillərin yığılması üçün elektron komponentlərin olmamasını göstərir. Bundan əlavə, bu modelə yüksək tələbat var. Əvvəllər sifariş edilmiş avtomobili gözləmək üçün 3 aydan 14 aya qədər vaxt lazım olacaq.

Land Cruiser 70-nin kuzov versiyalarının sırasına hazırda beşqapılı yolsuzluq avtomobili, bir və iki cərgəli kabinli yük maşınları, həmçinin üçqapılı furqon daxildir. Modifikasiyadan asılı olaraq model 228 at gücünə malik benzin mühərriki ilə təchiz edilib. Sürət qutusu beş pilləli "mexanika"dır.

Qeyd edək ki, model 1984-cü ildən istehsal olunur.

Gültəkin