BMT-nin baş katibi Antonio Quterreş hesab edir ki, hazırda nüvə münaqişəsi riski son onilliklər ərzində ən ciddi təhdid halına gəlib.
"Unikal" xəbər verir ki, o, bu barədə bazar ertəsi BMT Təhlükəsizlik Şurasının iclasında deyib.
“Nüvə silahına malik ölkələr ondan birinci istifadə etməmək öhdəliyi götürməlidirlər. Bu ölkələr nüvə silahı olmayan dövlətləri onlara qarşı nüvə silahından istifadə etməyəcək və ya təhdid etməyəcəkləri barədə əmin etməli və şəffaf olmalıdırlar”, - deyə Quterriş byan edib.
Baş katib qeyd edib ki, “nüvə silahlarının cingiltisi dayandırılmalıdır”.