Almaniya kansleri Olaf Şolts Rusiyanın artıq etibarlı tərəfdaş olmadığını bəyan edərək, ölkəsini Rusiya qazından asılılıqdan xilas etməyə çalışdığını bildirib.
"Unikal" xəbər verir ki, Monreala üç günlük səfərinin ilk günündə Kanadanın Baş naziri CastinTrüdo ilə görüşən Şolts ölkəsinin Rusiya qazından asılılığına son qoymaq və yeni enerji mənbələrinə çıxış əldə etmək üçün mümkün qədər tez çalışdığını bildirib.
Almaniya kansleri “etibarlı iş ortağı olmadığını” dediyi Rusiyanın faktiki mövcud olmayan texniki səbəbləri əsas gətirərək Avropaya qaz nəqlini azaltdığına diqqət çəkib.
Kanadanın yaşıl hidrogenin inkişafında mərkəzi rol oynadığını bildirən Şolts bu sahədə əməkdaşlıqlarını artıra bildiklərindən xoşbəxt olduqlarını vurğulayıb.
Gülayə Mecid