ABŞ-ın bütün ştatlarında meymunçiçəyi xəstəliyi qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Amerikanın "ABC News" telekanalı məlumat yayıb.
Qeyd edilibb ki, Vayominq ştatında bir kişinin sözügedən xəstəliklə bağlı müraciətindən sonra 50 ştatın hər birində meymunçiçəyinin yayılması faktı təsdiqini tapıb.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri ölkə üzrə 14,115 təsdiqlənmiş meymunçiçəyinə yoluxma halının olduğunu bildirir.
Onu da deyək ki, indiyədək dünyada məlum virusdan 12 nəfər ölüb.
Ağarza Elçinoğlu