Almaniyanın Müdafiə Nazirliyi hakim koalisiyadan olan Bundestaq deputatlarının Ukraynaya daha çox silah verilməsi və lazım gələrsə, Bundesverin zəiflədilməsi ilə bağlı təklifini rədd edib. Prezident Vladimir Putin dövründə Rusiyadan gələn təhlükə səbəbindən Almaniya belə risklərə gedə bilməz.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hərbi idarənin rəsmi nümayəndəsi bildirib.
“Həqiqətən, biz Putinin istənilən zəiflikdən və hətta NATO-nun müdafiə hazırlığının müvəqqəti pozulmasından istifadə etməsinə hazır olmalıyıq”,- rəsmi qeyd edib.
Onun sözlərinə görə, Almaniya NATO Müqaviləsinin 5-ci maddəsində nəzərdə tutulduğu kimi, Alyansdakı tərəfdaşlarına “öhdəliklər çərçivəsində dəstək” göstərməlidir.
Bu arada, "Der Spiegel" nəşri məqaləsində müdafiə ekspertləri Sosial Demokrat Kristian Klink, Union 90/Yaşıllar partiyasının nümayəndəsi Zara Nanni və Azad Demokrat Alexander Müller Berlinin hazırkı Ukraynaya yardım mövqeyini tənqid ediblər.
Qeyd edək ki, avqustun 21-də məlum olub ki, koalisiyaya daxil olan alman partiyalarının deputatları Bundesveri zəiflətsə belə, Kiyevə silah tədarükünü artırmağa çağırıblar.