ABŞ hakimiyyəti hərbi yardım çərçivəsində Kiyevə müəyyən növ silahların təhvil verilməsini açıq elan etməyib.
"Unikal" xəbər verir ki, bu barədə "Politico" qəzeti məlumat dərc edib.
"Vaşinqtonda ABŞ-ın Kiyevə rəsmi şəkildə açıqladığından daha çox silah verdiyi barədə məlumatlar yayılıb", - nəşr qeyd edib. Xüsusilə, Pentaqon nümayəndəsi brifinqdə ABŞ-ın bir müddətdir ki, reklam etmədən HARM anti-radar raketlərini Ukraynaya ötürdüyünü etiraf edib.
Bundan əlavə, mənbələr bildirib ki, Kiyevə keçən həftənin sonunda elan edilən yeni hərbi yardım paketinə "Excalibur" idarəolunan artilleriya mərmiləri də daxildir. Onlar həmçinin Pentaqonun yeni tranş çərçivəsində Ukraynaya tədarük edilən silahların siyahısını təqdim edən rəsmi bəyanatında ayrıca yer almayıblar.
Ağarza Elçinoğlu