Rusiyanın Yekaterinburq şəhərininin Akademiçeski rayonunda naməlum şəxslər təcili yardım stansiyasına hücum edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin şəhər administrasiyasının mətbuat xidmətindən məlumat verilib.
"Münaqişə ilə bağlı 8 saylı polis bölməsinə məlumat daxil olub. Hazırda ərazi polis şöbəsinin əməkdaşları tərəfindən yoxlama tədbirləri aparılır, hadisənin şahidləri müəyyənləşdirilir", - məlumatda deyilir.
Hücum edənlər təcili yardım sürücüsünü döyüblər, həmçinin səhər saatlarında qayıdıb stansiya işçilərini odlu silahla vurmaqla hədələyiblər.
Ağarza Elçinoğlu