Rusiya diktatoru Putin Ukraynanın yeni ərazilərinə hücum planlaşdırır. O, Krımda olduğu kimi bütün ölkəni ələ keçirmək istəyir.
"Unikal" xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson Krım Platforması sammitindəki çıxışında deyib.
"Putin, görürük ki, Ukraynanın yeni hissələrinə hücum planlaşdırır. O, bütün Ukraynanı istəyir. Artıq Krımla etdiyi kimi, onunla da eyni şeyi etmək istəyir. O, ilhaq hazırlayır. Daha çox saxta referendumlar hazırlayır. Ona görə də hamımızın bir yerdə olmağımız vacibdir və biz sərhədlərin silah gücü ilə dəyişdirilməsinə icazə verə bilmərik”, - Conson bildirib.
Qeyd edək ki, Krım Platforması yarımada ilə bağlı bütün məsələlərin strukturlaşdırılması üçün Ukrayna Prezidenti tərəfindən 2021-ci ilin avqustunda işə salınan məsləhətləşmə və kommunikasiya formatıdır. Bu formatın məqsədi Krımdakı vəziyyətə diqqəti cəlb etmək və onun Ukraynaya qaytarılması imkanlarını müzakirə etmək üçün praktiki yanaşmalar hazırlamaqdır.,
Bu gündən etibarən Kiyevdə Krım Platformasının Sammiti işə başlayıb. Tədbirdə dünyanın 60-a yaxın ölkəsinin nümayəndəsi iştirak edir.
Gülayə Mecid