Ukrayna hökuməti gözləyir ki, ölkə 2024-cü ilin sonuna kimi Avropa İttifaqına daxil olmaq üçün bütün lazımi şərtləri yerinə yetirəcək.
"Unikal" xəbər verir ki, Ukraynanın baş naziri Denis Şmıqalın sözlərinə görə, iyunda Kiyev Ukrayna ixracına dair bütün Avropa rüsumlarının və kvotanın ləğvi ilə bağlı razılığa gələ bilib.
“İlin sonuna kimi “gömrük vizasızlığı” tətbiq olunacaq. Avropaya inteqrasiya işləri bir gün də olsun dayanmayıb. Və 2024-cü ilin sonuna qədər biz Avropa İttifaqına daxil olmağa tam hazır olmağı planlaşdırırıq. Bu, bizim dəyərimiz və sivilizasiya yolumuzdur”, - Şmıqal bildirib.
Ukrayna baş nazirinin nöqteyi-nəzərindən ölkə rəhbərliyi iyulda “nəqliyyat vizasısız” rejiminin tətbiqinə nail ola bilib. O, həmçinin vurğulayıb ki, hazırda Ukrayna tərəfi Aİ ilə assosiasiya sazişi çərçivəsində Kiyevə verilən tapşırıqların təxminən 70%-ni yerinə yetirə bilib.
Bundan əvvəl Aİ-nin assosiasiyaya üzv olmağa namizəd ölkələr, o cümlədən Gürcüstan, Moldova və Ukrayna ilə bağlı statistik məlumatların toplanması üçün 370 min avrodan çox vəsait ayıracağı bildirilib.