“İsrail ilə əlaqələrimizdə atılan addımlar Fələstin məsələsinə dəstəyimizi heç bir şəkildə azaltmayacaq”.
"Unikal" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas ilə birgə mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, Türkiyə Fələstin dövlətini elan edildiyi andan tanıyır və bütün beynəlxalq platformalarda ikidövlətli həll prinsipini müdafiə edir.