Polşa Drujba kəməri ilə Rusiya enerji resurslarının idxalını əvəz etmək üçün Almaniyanın Şvedt şəhərindəki neft emalı zavoduna neft verməkdən imtina edib.
"Unikal" xəbər verir ki, bu barədə "Financial Times"ın məlumatında qeyd olunub.
Nəşr qeyd edir ki, zavod Polşanın Qdansk limanı vasitəsilə tədarük imkanlarını nəzərdən keçirir. Bununla belə, Varşava "Rosneft"in şirkətin 54 faiz səhmlərinə sahib olmasından narazıdır və buna görə də neft verməkdən imtina edir. Alman zavodu həmçinin Rusiya neftini Qazaxıstandan gələn tədarüklə əvəzləməyə ümid edir.
Qeyd edək ki, cari ilin iyun ayında Polşa Almaniyanın neft emalı sənayesində əməkdaşlıq etməsi üçün şərt qoyub - respublika Rusiyanın ölkədəki müxtəlif neft layihələrində iştirakını dayandırmalıdır. Polşa və Almaniya arasında Rusiyadan yan keçməklə hazırlanmaqda olan saziş neft emalı zavodları arasında sıx əməkdaşlığı, Qdanskdakı neft terminalının və onun anbarlarının istifadəsinin genişləndirilməsini nəzərdə tutur.
Ağarza Elçinoğlu