Rusiyanın Vaşinqtondakı səfirliyi bomba hücumu nəticəsində öldürülən jurnalist Darya Duqinanın ölümü ilə bağlı ABŞ-ın bəyanatlarından qəzəblənib.
"Unikal" xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin "Telegram" kanalında dərc olunan bəyanatda deyilir.
"Amerika hakimiyyətinin bu dəhşətli faciədən istifadə edərək bir sıra məsuliyyətsiz rusofob bəyanatlar toplusunu yenidən yayımlamasından çox qəzəbləndik", - açıqlamada deyilir.
Avqustun 22-də ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Birləşmiş Ştatlar istənilən yerdə mülki şəxslərə qarşı hücumları birmənalı şəkildə pisləyir və jurnalist Daria Duqinanın qətlinin araşdırılmasını səbirsizliklə gözləyir.
Bununla belə, o, Vaşinqtonun hücumun arxasında kimin dayandığını bilirmi sualına cavab verməkdən imtina edib: "İndi bircə onu deyə bilərəm ki, Ukrayna hər hansı iştirakını inkar edir".
Amerika departamentinin nümayəndəsi bu məsələ ilə bağlı "müəyyən nəticələrin" də Moskvada təqdim ediləcəyinə əmin olduğunu bildirib.
Ağarza Elçinoğlu