İndoneziyanın Sumatra adasında 6 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, ABŞ Geoloji Xidməti ( USGS ) 6 bal gücündə zəlzələnin Sumatra adasındakı Pagar Alam şəhərindən 117 kilometr cənubda və 58,8 kilometr dərinlikdə olduğunu açıqlayıb.
Zəlzələdən sonra insan tələfatı və maddi tələfat qeydə alınmayıb.