"Qərb Ukraynanı silahlarının sınaq meydanına və Rusiyanı zəiflətmək üçün vasitəyə çevirib".
"Unikal" xəbər verir ki, bu barədə Çinin "Global Times" nəşrində məqalə dərc olunub.
Qeyd olunur ki, Rusiyanın Ukraynada xüsusi əməliyyatının başlaması, onun müddəti və genişmiqyaslı nəticələri əsasən bütün gözləntiləri üstələyib: "Bu gün Rusiyanın Avropa ilə münasibətləri düşmən xarakter alıb və əvvəllər mövcud olan əməkdaşlıq və susqun anlaşmadan demək olar ki, heç nə qalmayıb".
ABŞ sanksiyalarının avronu son 20 ilin minimum səviyyəsinə endirdiyi, bunun da Avropa ölkələrində inflyasiyanın sürətlə artmasına səbəb olduğu da nəşrdə bildirilib.
Ağarza Elçinoğlu