Ukraynaya qarşı müharibədə Rusiyaya kömək edən Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik edib.
"Unikal" xəbər verir ki, Belarus diktatorunun təbriki Lukaşenkonun saytında dərc olunub.
"Əminik ki, bugünkü ziddiyyətlər iki ölkə xalqları arasında çoxəsrlik səmimi mehriban qonşuluq münasibətlərinin təməlini məhv edə bilməyəcək. Belarus harmoniyanın qorunub saxlanması, bütün səviyyələrdə mehriban və hörmətli əlaqələrin inkişaf etdirilməsi tərəfdarı olmaqda davam edəcək", - təbrikdə deyilir.
Lukaşenko ukraynalılara “dinc səma, tolerantlıq, cəsarət, güc və ləyaqətli həyatın bərpasında uğurlar” arzulayıb.
Gülayə Mecid