Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Rusiyaya məxsus "Ka-52" helikopterini məhv edib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri öz "Telegram" səhifəsində məlumat yayıb.

"Avqustun 24-ü gecə saat bir radələrində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin zenit-raket qüvvələrinin bölmələri şərq istiqamətində rus işğalçılarının "Ka-52" helikopterini demilitarizasiya edib", - məlumatda deyilir. 

Ağarza Elçinoğlu