ABŞ öz qlobal hegemonluğunu təmin etmək üçün Cənub-Şərqi Asiyada (SEA) mövcud təhlükəsizlik arxitekturasını parçalamağa çalışır.
"Unikal" xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin iclasında deyib.
"Təşkilatımızın cənub cinahına - Cənub-Şərqi Asiyaya gəlincə, burada da mürəkkəb dövlətlərarası ziddiyyətlər kompleksi mövcuddur, proqnozlaşdırmaq çətin olan ssenari ilə gərginlik ocaqları formalaşır. Qlobal hegemonluğu təmin etmək üçün Vaşinqton regional təhlükəsizlik arxitekturasını parçalamağa çalışır”, - Şoyqu bildirib.
O qeyd edib ki, bu məqsədlə QUAD və AUKUS kimi hərbi-siyasi bloklar yaradılır.
"Region dövlətləri NATO ilə əməkdaşlığa cəlb olunur. Avropaya bənzətməklə, Çini cilovlamaq üçün cəbhə qurulur. Qondarma Tayvan problemi məqsədyönlü şəkildə kəskinləşir, Cənubi Çin və Şərqi Çin dənizlərində ərazi mübahisələri qızışır", - Şoyqu bildirib.
Onun sözlərinə görə, "bu regionda təhlükəsizlik yalnız ASEAN-ın mərkəzi roluna malik olan bütün dövlətlərin maraqları və digər çoxtərəfli qarşılıqlı fəaliyyət mexanizmləri nəzərə alınmaqla, birgə səylərlə təmin edilə bilər".
Gülayə Mecid