Rusiyanın yanacaqdoldurma məntəqələrində benzin bahalaşıb.
"Unikal" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, "LUKOIL", "Qazprom Neft" və "Tatneft" kimi brendlər qiymətləri qaldırıb.
Məlumata görə, ötən həftə Rusiyada Aİ-92 və AI-95-in orta pərakəndə satış qiyməti müvafiq olaraq 47,5 və 51,3 rubla (təxminən 1,45 qəpik) yüksəlib. Eyni zamanda, ilin əvvəlindən avqustun ortalarına qədər yanacağın qiymətləri 0,4 faiz artıb, ölkədə inflyasiya isə 10,7 faiz təşkil edib.
Ağarza Elçinoğlu