İran ordusunun komandanı admiral Mahmud Musəvi “İran Ordusu 1401 İHA təlimi”nin başladığını bildirib.

"Unikal" xəbər verir ki, o bu barədə İran dövlət televiziyasına danışıb.

"İran Ordusunun PUA təlimində müəyyən edilən hədəflər pilotsuz uçuş aparatları tərəfindən aşkar edilərək məhv ediləcək", - Musəvi bildirib.

Müharibə simulyasiyası olacaq hərbi təlim bölgəsinə elektron döyüş sistemlərinin yerləşdirildiyini bildirən Musəvi, təlimə ölkə daxilindən 150-dən çox PUA-nın qatıldığını bildirib.

İranlı komandir qeyd edib ki, təlimdə PUA-ların uçuş fasiləsizliyi dərəcəsi, idarəetmə sistemləri və döyüş qabiliyyəti yoxlanılacaq.