Rusiya Prezidenti Vladimir Putin Avropa qitəsində meşə yanğınları ilə bağlı çətin vəziyyətdən danışıb.
"Unikal" rus mediasına istinadən xəbər verir ki, o, bu barədə Rusiya regionlarında meşə yanğınları ilə mübarizəyə həsr olunmuş müşavirədə deyib.
"Həm ölkəmizdə, həm də Avropada anomal isti hava hökm sürür, bir çox ölkələrdə bu, böyük təbii yanğınlara səbəb olub. Onlara qarşı mübarizə yüksək temperatur, quraqlıq, çayların quruması və digər amilləri nəzərə alsaq, demək olar ki, bütün qitədə çətin gedir. Meşə yanğınları ilə mübarizə genişmiqyaslı resursların cəlb edilməsini tələb edir”, - deyə Rusiya lideri qeyd edib.