Xətai rayonu ərazisində Nəsrəddin Tusi, Neapol və Vunq-Tau küçələrinin əhatəsində yerləşən "Heydər Parkı" əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib.
"Unikal" xəbər verir ki, park Laçın rayonunun ordumuzun tam nəzarətinə keçməsi münasibəti ilə keçirilən konsert proqramı ilə yenidən fəaliyyətə başlayıb.
Parkda təmir işləri "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) təşkilati dəstəyi ilə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən aparılıb.
Sözügedən konsert proqramından fotoları təqdim edirik:
Fotolar: Ayxan Məlikov