Böyük Britaniyanın baş naziri Boris Conson enerji qiymətlərindən şikayət edənlərə köhnə su qızdırıcılarını yeniləri ilə əvəz etməyi təklif edib.
"Unikal" xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Boris Conson enerji qiymətlərindən şikayət edən vətəndaşlara "su qızdırıcınızı dəyişdirməyi" tövsiyə edib. Onun sözlərinə görə, bu, elektrik enerjisinə qənaət edə bilər.
İngiltərənin Suffolk şəhərindəki çıxışında Conson deyib: "Əgər sizdə qaynaması uzun müddət çəkən köhnə çaydanınız varsa, onu dəyişdirmək sizə 20 funt-sterlinqə başa gələ bilər".
Baş nazirin enerjiyə qənaətlə bağlı bu təklifi ölkədə son vaxtlar artan enerji qiymətləri səbəbindən reaksiya doğurub.
Əsas müxalifətdəki Leyboristlər Partiyasından olan deputatlardan biri olan Bill Esterson Consonun çaydan təklifinə "O, ciddi şəkildə məlumatsızdır, yoxsa sadəcə vecinə deyil? Yoxsa hər ikisi?" şərhini verib.
Başqa bir millət vəkili Ves Streeting isə "Siz bu qış borclarınızı ödəyə bilməzsiniz, indi çaydan alın və bir neçə ildən sonra 10 funt-sterlinq qənaət edin. Bu, inflyasiya faktorunu nəzərə almadan üç il ərzində gündə 3p qənaət deməkdir." -deyə Consonun təklifini şərh edib.
Baş nazir Consonun sərt qənaət təklifinə bəzi sosial media istifadəçiləri də reaksiya verib.
Qeyd edək ki, iyulda ölkədə illik inflyasiya 10,1%-ə çatıb ki, bu da son 40 ilin ən yüksək səviyyəsidir. İngiltərə Bankı artan inflyasiya ilə mübarizə üçün bu ayın əvvəlində siyasət faizini 1,25 faizdən 1,75 faizə qaldıraraq son 27 ilin ən yüksək faiz artımını edib.