Ukrayna ordusu son 24 saat ərzində daha 350 rus hərbçisini məhv edib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya Federasiyasının ümumi itkiləri təxminən 48,7 min nəfərdir.

Bildirilib ki, ruslar ən böyük itkiləri Donetsk və Kuraxov istiqamətlərində verib.

Ağarza Elçinoğlu