Əfqanıstanın qərbindəki Herat şəhərində məsciddə güclü partlayış baş verib.
"Unikal" Əl-Cəzirəyə istinadən xəbər verir ki, Güzərgah məscidində cümə günü günorta namazı vaxtı qeydə alınan partlayış nəticəsində Taliban tərəfdarı olan tanınmış alim Mucib Rəhman Ənsari və digər 18 nəfər həlak olub.
Herat əyalətinin qubernatorunun sözçüsü Həmidullah Motavakel bildirib ki, partlayışda daha 23 nəfər yaralanıb.
Hələlik məsuliyyəti üzərinə götürən olmayıb.
Taliban sözçüsü Zabihullah Mücahid bildirib ki, partlayışı törədənlər cəzalandırılacaq.
Ağarza Elçinoğlu