Ordumuzun bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun vəfat etməsi  barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.

Bu barədə "Unikal"a Müdafiə Nazirliyindən bildirilib. 

“Bu məlumatı qəti surətdə təkzib edirik”, - deyə MN-in məlumatında deyilir.