Ukraynada Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində 383 uşaq ölüb, 742 uşaq yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
"Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 1125-dən çox uşaq xəsarət alıb. 383 uşaq ölüb, 742-dən çoxu müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - məlumatda deyilir.