Albaniya Nazirlər Şurası İranla diplomatik əlaqələri kəsmək qərarına gəlib.
"Unikal" xəbər verir ki, bu barədə məlumatı Albaniyanın Baş naziri Edi Rama açıqlayıb.
"Albaniya İranla diplomatik əlaqələrini dayandırır”.
Onun sözlərinə görə, Albaniyanın İrandakı səfirliyinin əməkdaşları sutka ərzində ölkəni tərk etməlidir.
Bildirilir ki, Albaniya İranı ölkənin dövlət xidmətləri portalına kiberhücum həyata keçirmək cəhdində ittiham edib. Albaniya tərəfinin məlumatına görə, hücumun məqsədi sistemləri zədələmək və dövlət məlumatlarını oğurlamaqdır.