BMT-nin baş katibi Antonio Quterreş Zaporojya AES-də və onun ətrafında hərbsizləşdirilmiş zonanın yaradılmasına çağırıb.
"Unikal" xəbər verir ki, o, bu barədə AES-də BMT Təhlükəsizlik Şurasının, MAQATE-nin apardığı işlərin icmal hesabatının təqdimatı zamanı bildirib.
“Hərbisizləşdirilmiş zonanın yaradılması ilə bağlı razılığa gəlmək lazımdır. O, xüsusi olaraq Rusiya qoşunlarının həmin ərazidən bütün hərbi personal və texnikanı çıxarmaq öhdəliyini, həmçinin Ukrayna qoşunlarının həmin əraziyə daxil olmamaq öhdəliyini özündə əks etdirməlidir. AES işçilərinə öz iş vəzifələrini yerinə yetirmək imkanı yaradılmalı və ünsiyyət təmin edilməlidir. Ərazinin təhlükəsizliyi ilə bağlı təcili müzakirələrin və razılaşmaların vaxtıdır”, - Quterreş bildirib.