Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə ABŞ-a səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə dövlət başçısının ofisindəki mənbə məlumat verib.
O, Ərdoğanın səfərinin sentyabrın 17-dən 22-dək davam edəcəyini vurğulayıb.
Türkiyə liderinin ABŞ-a səfərindən əvvəl Səmərqəndə səfər edəcəyi və burada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcəyi gözlənilir.