Kral III Çarlz monarx kimi ilk televiziya çıxışını edib.
"Unikal" xəbər verir ki, London vaxtı ilə saat 18.00-da yayımlanıb.
Kral III Çarlz çıxışında kraliçanın ona və bütün ailəyə ilham və örnək olduğunu, anasının vəfatından dərin kədərləndiyini bildirib.
Kral III Çarlz qeyd edib ki, kraliça II Yelizaveta vəzifəsi üçün hər zaman fədakarlıq edib. Kral söz verib ki, Kraliçanın sarsılmaz sədaqətlə etdiyi kimi, Allahın ona bəxş etdiyi qalan müddət ərzində konstitusiya prinsiplərini qoruyacaq.
Kral çıxışı zamanı anasının fotosunun yanında oturaraq qara kostyum geyib və qalstuk taxıb.
Qeyd edək ki, sabah baş nazir və yeni kabineti Kral ilə görüş keçirəcəklər.