Serbiyanın tanınmış mütəşəkkil gizli təşkilatlarından biri olan 'Skaljari' bandasının lideri olduğu iddia edilən Yovica Vukotiç İstanbulun Şişli şəhərində silahlı hücum nəticəsində həyatını itirib.
"Unikal" xəbər verir ki, Serbiyada qırmızı bülletenlə axtarılan serb cinayət təşkilatının lideri Yoviça Vukotiç İstanbulun Şişli rayonunda silahlı hücum nəticəsində həyatını itirib.
Sevgilisi və uşaqları ilə birlikdə öldürülən Vukotiçin İnterpol tərəfindən beynəlxalq axtarışa verildiyi öyrənilib.
Vukotiçin Şişlidə avtomobil idarə edərkən silahlı hücum nəticəsində həyatını itirdiyi bildirilib. Sevgilisi və övladlarının yanında öldürülən cinayət təşkilatının liderinin motosikletlə hücum edən şəxs tərəfindən 5 dəfə atəş açıldığı, güllələrdən 4-nün ona dəyib. Ötən illərdə polisin bir sıra araşdırmalarının da hədəfinə çevrilən cinayət təşkilatının liderinin hadisə yerində dünyasını dəyişdiyi bildirilib.