İspan yazıçısı Xavyer Marias 70 yaşında vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə Krallığın mədəniyyət və idman naziri Mikel İzeta tvitter səhifəsində məlumat verib.
Yazıçı bazar günü Madriddə pnevmoniya ilə bağlı fəsadlar səbəbindən dünyasını dəyişib.
Xavyer Marias 20 sentyabr 1951-ci ildə İspaniyanın paytaxtında filosof Julian Mariasın (1914-2005) ailəsində anadan olub. 2008-ci ildən İspaniya Kral Akademiyasının üzvü olub. Mariasın çoxsaylı mükafatları, o cümlədən Dublin Ədəbi Mükafatı, Fransız Femina Mükafatı və başqaları var. O, “Ağ ürək” (Corazon tan blanco), “Sabah döyüş saatında, məni xatırla” (Manana en la batalla piensa en mi) və “Sənin əməllərin, məhəbbət” (Los enamoramientos) kimi romanların müəllifidir.