Rumınyanın Suçava qraflığında (ölkənin şimalında) yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.
"Unikal" xəbər verir ki, ölənlər 30 və 42 yaşlı kişilərdir.
Onlardan biri Buxarestdən olan təlimatçı, digəri bir neçə gün əvvəl bu təyyarəni alıb pilotluq kursu keçmiş Suçaava sakinidir.
Avqust ayında Rumıniyada daha iki yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər həlak olub.
Suçava qraflığında baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.