Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Xarkov vilayətinin şimalında Rusiya ilə sərhədə qədər irəliləməyə nail olublar.
"Unikal" xəbər verir ki, “Xartiya” könüllü dəstəsinin komandiri Vsevolod Kojemyakonun UKraynanın Rusiya Federasiyası ilə sərhəd keçid məntəqələrindən birinə bayraq sancmasını əks etdirən görüntülər yayılıb.
Qeyd edək ki, bu səhər ukraynalı hərbçilərin Rusiya ilə sərhəddən bir neçə kilometr aralıda yerləşən Xarkov vilayətinin Kazaçya Lopan kəndinə daxil olduqları bildirilib.