ABŞ prezidenti Co Bayden Böyük Britaniya kraliçası II Elizabetin dəfn mərasimində iştirak etmək üçün dəvəti qəbul edib.
"Unikal" xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
“Bu səhər prezident Bayden Əlahəzrət Kraliça II Elizabetin ictimai dəfn mərasimində iştirak etmək üçün dəvəti rəsmi olaraq qəbul edib”, - bəyanatda deyilir.
Ağ Ev, həmçinin Amerika liderini həyat yoldaşı Cil Baydenin müşayiət edəcəyinə işarə edib.
Britaniya kraliçasının dəfn mərasimi bazar ertəsi, sentyabrın 19-da Westminster Abbeydə keçiriləcək. Daha əvvəl məlum olmuşdu ki, II Elizabet Vindzor qəsrinin ərazisində atası Kral VI Georginin xatirə kapellasında dəfn olunacaq . II Elizabet sentyabrın 8-də Şotlandiyanın Balmoral qəsrində vəfat edib. Kraliçanın böyük oğlu Çarlz Filip Artur Corc dərhal Böyük Britaniyanın yeni kralı oldu.
III Çarlzın noyabrda 74 yaşı tamam olur və kraliçanın Britaniya taxtına çıxan ən yaşlı varisidir.