Muğlanın Bodrum rayonunda Yunan adalarına üzərək getmək istəyən 4 keçmiş FETÖ şübhəlisi Sahil Təhlükəsizlik Komandanlığı tərəfindən yaxalanıb.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, yunan adalarına qeyri-qanuni yollarla getməyə çalışan 4 şübhəli qruplar tərəfindən saxlanılaraq, aidiyyatı üzrə təhvil veriliblər.
Şübhəlilərin özləri ilə apardıqları su keçirməyən çantalar da diqqət çəkib.
Hazırda onlar barəsində araşdırma aparılır.