Polşanın Baş naziri Mateuş Moravetski Berlin administrasiyasının Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyini tənqid edib.
“Unikal” xəbər verir ki, o, bu barədə “Der Spiegel” nəşrinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, Ukrayna müdafiədə Almaniyadan asılı olsaydı, “ölkə indiyə məhv olardı”.
Polşanın Ukraynanın ən güclü tərəfdarları arasında olduğunu qeyd edən Moravetski Almaniyanın mövqeyinin "böyük xəyal qırıqlığı" olduğunu söyləyib.
“Almanlar həmişə Moskvaya qarşı çox mülayim olublar, amma biz Rusiyaya etdiyimiz bütün xəbərdarlıqlarda haqlı idik. Aydındır ki, indi bizim səsimiz əvvəlkindən qat-qat çox eşidilir”.
Baş nazir son olaraq Brüsselin Polşaya ayrılan 35 milyard avro vəsaitin dondurulmasını, qanunun aliliyinin təhlükə altında olduğuna dair "yanlış arqumentlər"lə tənqid edərək, Aİ-nin Ukraynaya maliyyə dəstəyinin çox ləng çatdırıldığını iddia edib.