Moskva və Sankt-Peterburq şəhərlərinin 18 rayonunun bələdiyyə deputatları Rusiya prezidenti Vladimir Putinin istefası tələbi ilə petisiya imzalayıblar.
"Unikal" xəbər verir ki, müvafiq sənədi Sankt-Peterburq bələdiyyəsinin deputatı Kseniya Torstrom "Twitter"də paylaşıb.
Deputatlar müraciətlərində, Vladimir Putinin əməlləri onların dövlətinə və vətəndaşlarına ziyan vurduqlarını qeyd ediblər:
"Biz Rusiyanın bələdiyyə deputatları hesab edirik ki, prezident V. V. Putinin hərəkətləri Rusiyanın və onun vətəndaşlarının gələcəyinə zərər vurur. Biz Vladimir Putinin Rusiya Federasiyasının prezidenti vəzifəsindən istefasını tələb edirik", - bəyanatda deyilir.
Bildirilir ki, hazırda sənədi 19 deputat imzalayıb.
Xatırladaq ki,bir müddət əvvəl Sankt-Peterburqun Smolninsk bələdiyyə dairəsinin Yabloko partiyasından olan 7 deputat da Vladimir Putinin prezident postundan uzaqlaşdırılması xahişi ilə Dövlət Dumasına müraciət etmişdi.
Gülayə Mecid