Arda Turan peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb. 

"Unikal" xəbər verir ki, 2000-ci  ildə Qalatasaray infrastrukturuna daxil olan  və 2005-ci ildə A Komandasında debüt edən Arda Turan 16 illik peşəkar futbolçu karyerasına son qoyub.

"İndi göz yaşları içində amma cəsarətlə butsları asmaq vaxtıdır. Və düşünürəm ki, pis iş görməmişəm. Yenə hazıram. Futbolda, meydanda. meydanın kənarında, yenidən görüşənə qədər..."

Son olaraq “Qalatasaray” formasını geyinən Arda Turan sosial şəbəkədə futboldan ayrıldığını xüsusi hazırladığı video ilə açıqlayıb: Karyerasına Bayrampaşa Altıntepsidə başlayan Arda Turan "Qalatasaray", "Manisaspor", "Atletiko Madrid", "Barselona" və "Başakşəhər"in formasını geyinib.

2011-ci ildə 13 milyon avroya "Atletiko Madrid"ə gedən Arda Turan 2015-ci ildə 34 milyon avroluq transfer qarşılığında "Barselona"ya transfer olunub.

Turan da 100 dəfə A Milli komandasında çıxış edib.

“Qalatasaray”la Super Liqa çempionluğu qazanan Arda Turan “Atletiko Madrid”lə 1 Avropa Liqası və 1 La Liqa çempionluğu qazanıb. Arda Turan "Atletiko" forması ilə Çempionlar Liqasının finalında da oynamağı bacarıb. Uğurlu futbolçu "Barselona" ilə 1 La Liqa çempionluğu da qazanıb.