Baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə Ermənistan Təhlükəsizlik Şurasının iclası keçirilib.

"Unikal" erməni KİV-lərinə istinadən xəbər verir ki, iclasda Təhlükəsizlik Şurasının üzvləri ilə yanaşı, respublika prezidenti Vaaqn Xaçaturyan və Milli Assambleyanın sədri Alen Simonyan da iştirak edib.

Görüşdə Azərbaycanla Ermənistan arasında baş verən silahlı qarşıdurma müzakirə olunub.

Təhlükəsizlik Şurasının iclasının nəticələrinə görə, Ermənistanın kömək üçün Rusiya Federasiyasının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) və BMT Təhlükəsizlik Şurasına (TŞ) rəsmi müraciət etməsi barədə qərar qəbul edilib.

xxx

02:43

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət binasına gəlib.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədr müavini Qeqam Manukyan bildirib. 

Deputat qeyd edib ki, hökumət binasının ərazisində polis maşınları var. Hazırda Təhlükəsizlik Şurasının təcili iclası başlayır. 

Ağarza Elçinoğlu