Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan ilə İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi arasında telefon danışığı olub.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan baş nazirliyindən məlumat verilib.
Məlumata görə, Paşinyan Azərbaycan və Ermənistan ordusu arasındakı toqquşma barədə İran liderinə məlumat verib.
İbrahim Rəisi qeyd edib ki, Cənubi Qafqaz regionunda yeni müharibə qəbuledilməzdir və İran hadisələrin gedişatını diqqətlə izləyir. İran prezidenti vurğulayıb ki, regiondakı bütün münaqişələr sülh yolu ilə həll edilməlidir və İranın dövlətlərin ərazi bütövlüyü ilə bağlı mövqeyi birmənalıdır.
İbrahim Rəisi ölkəsinin regionda sülhün bərqərar olmasına töhfə verməyə hazır olduğunu vurğulayaraq, Ermənistanın təhlükəsizliyi məsələsinin İran üçün vacib olduğunu bildirib.
Ağarza Elçinoğlu
xxx
11:55
Ermənistanın Baş naziri Nikol Paşinyan ilə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi arasında telefon danışığı olub.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin saytında məlumat verilib.
Bildirilir ki, Paşinyan İran liderinə sərhəddəki gərginliklə bağlı məlumat verib.