Ermənistan Baş naziri Nikol Paşinyan gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə telefonla danışıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan hökumət başçısının Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, tərəflər Ermənistanla Azərbaycan ərazisindəki gərginliyi müzakirə ediblər. Qaribaşvili regionda sülh və sabitliyin qorunmasının vacibliyini vurğulayıb.