Avropa İttifaqı rəsmi olaraq Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozduğuna və ya təhdid etdiyinə görə Rusiya Federasiyasının fiziki və hüquqi şəxslərinə qarşı sanksiyaların növbəti altı ay müddətinə, 2023-cü il martın 15-dək uzadıldığını elan edib.
"Unikal" xəbər verir ki, bu barədə Avropa Şurasının saytında məlumat verilib.
"Aİ Şurası Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə xələl gətirən və ya təhdid edən şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlərin növbəti altı ay müddətinə, 2023-cü il martın 15-dək uzadılması barədə qərar qəbul edib. Mövcud məhdudlaşdırıcı tədbirlərə fiziki şəxslər üçün səyahət məhdudiyyətləri, aktivlərin dondurulması və siyahıya alınmış fiziki və hüquqi şəxslərə maliyyə və ya digər iqtisadi resursların verilməsinə qadağa daxildir. 1206 fiziki şəxs və 108 quruma qarşı sanksiyalar uzadılacaq", - məlumatda deyilir.
Gülayə Mecid