Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistana sülhməramlı kontingent göndərməsi gündəmdə deyil.
"Unikal"ın məlumatına görə, bunu KTMT-nin Birləşmiş qərargahının rəisi Anatoli Sidorov brifinq zamanı deyib.
“Gəlin qabağa qaçmayaq. Sentyabrın 13-də dövlət başçılarımız yekdilliklə bəyan etdi ki, Ermənistanla Azərbaycan arasında mövcud olan bu problem siyasi-diplomatik yolla həll edilməlidir. Bir sözlə, hərbi güc tətbiqi ilə, həm də KTMT qüvvələrinin cəlb olunması ilə həll yolu barədə nə sentyabrın 13-də, nə bu gün və fikrimcə yaxın gələcəkdə də söhbət getmir”, - o deyib.