Ermənistanın baş prokuroru Artur Davtyan istefa verib.
"Unikal" "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə o, idarənin mətbuat xidmətinin yaydığı vida mesajında bildirib.
"Konstitusion səlahiyyət müddətinin başa çatması ilə əlaqədar mən Ermənistan Respublikasının Baş prokuroru vəzifəsini tərk edirəm", - Davtyan qeyd edib.
"Prokurorluq haqqında" qanuna əsasən, Baş prokuroru Respublika Prezidentinin təqdimatı ilə Milli Məclis təyin edir.
Ermənistanın yeni baş prokuroru Anna Vardapetyan Ermənistan parlamentində and içərək rəsmən vəzifəsinin icrasına başlayıb.
Bununla da Ermənistan tarixində ilk dəfə olaraq Baş Prokurorluğa qadın rəhbərlik edib.
Ağarza Elçinoğlu