II Elizabetin tabutunu qoruyan Kral qvardiyasının hərbçisi huşunu itirib.
"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.
Vestminster zalında qeydə alınan görüntülərə sitinadən bildirilib ki, kraliçanın tabutu önündə fəxri qarovul dəstəsi gecə-gündüz dayanır. Keşikçilərin dəyişdirilməsi hər altı saatdan bir baş verir.
Britaniya nəşrlərinin yazdığına görə, kraliça ilə vidalaşmaq istəyənlərin növbəsi 16 kilometr uzanıb. II Elizabetin tabutu sentyabrın 19-u dəfn mərasiminə qədər Vestminster zalında qalacaq.
Ağarza Elçinoğlu
Britaniya Kraliçası II Elizabetin tabutunu qoruyan qvardiya hərbçisi huşunu itirdi. pic.twitter.com/gYeBB7NZd9
— Unikal Media Group (@UnikalOrgPortal) September 15, 2022