İran prezidenti Səmərqənddə Rusiya prezidenti Vladimir Putinlə görüşdən əvvəl PCR testindən keçməli olub.
"Unikal" Azad İran teleqram kanalına istinadən xəbər verir ki, Şanxay Əməkdaşlıq Təşkilatının iclasına qatılmaq üçün Özbəkistanda səfərdə olan İbrahim Rəisi Putinlə görüşdən öncə PCR testindən keçməli olub.
Rəisinin Putinlə görüşdən əvvəl İran nümayəndə heyəti ilə birlikdə test otağına getdiyi məlum olub.