Türkiyədə Akkuyu AES-in tikintisi ilə bağlı bütün problemli məsələlər həll olunub, yekun sənədlər imzalanıb.
"Unikal" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Səmərqənddə türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla görüşündə bildirib.
"Tikinti prosesinin özünün təşkili ilə bağlı müəyyən məsələlər var idi. Bildiyimə görə, bütün bu məsələlər həll olunub. Dünən bu böyük tikinti layihəsinin tərəfləri arasında bütün münasibətləri tənzimləyən yekun sənədlər imzalanıb. Çox istərdim ki, ilk blok razılaşdığımız kimi vaxtında, yəni Türkiyə Cümhuriyyətinin 100 illiyinin qeyd olunacağı 2023-cü ildə istifadəyə verilsin”, - deyə Rusiya prezidenti vurğulayıb.