Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə səfər edib.
"Unikal" "Anadolu"ya istinadən xəbər verir ki, Ərdoğanı hava limanında Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Siniroğlu, Türkiyənin Vaşinqtondakı səfiri Hassan Murat Mercan qarşılayıblar.
Türkiyənin dövlət başçısı BMT Baş Assambleyasının sessiyasında iştirak etməklə yanaşı, bir sıra görüşlər də keçirəcək.